Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova seçicilərinin problemləri ilə maraqlanıb-FOTOLAR

Deputat Jalə Əhmədova seçicilərinin problemləri ilə maraqlanıb-FOTOLAR


Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirdim. İlk olaraq şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarını qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım. Seçicilər mənzil, torpaq, əlillik, pensiya, işsizlik və məşğulluq məsələləri ilə bağlı problemlərdən danışdılar və qeyd etdikləri məsələlərin müsbət həllində köməklik göstərməyimi xahiş etdilər.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Deputat qeyd edib ki, qəbul zamanı ümumilikdə 34 nəfər seçicini dinləyib:

"Onları narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində əlimdən gələn köməkliyi əsirgəməyəcəyimi bildirdim.

Habelə şəhid ailələri, qazilər və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən layihələrin mərhələli şəkildə icra olunduğunu, cənab Prezidentin imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təmin ediləcəyini diqqətə çatdırdım".

Ruhiyyə
Xəbəri paylaş