Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvandan Xankəndinə gələn erməninin yolunun kəsilməyinə görə siz niyə narahat olursuz?

İrəvandan Xankəndinə gələn erməninin yolunun kəsilməyinə görə siz niyə narahat olursuz?


Gədəbəydəki insident fonunda "Şuşa-Laçın yolunu kəsən ekofəallar hardadır", "Ekofəalların səsi niyə çıxmır" kimi - statuslar yazanlar.

Ekofəallardan biri MƏN. Yolun kəsilməsində iştirak etmişəm, bununla qürur duyuram və məni komandamla kimsə ora göndərmədi. Öz xahiş, minnətimizlə gedə bildik və əcəb elədik.

Bəs, sizin erməninin yolunu kəsən azərbaycanlı ictimai fəallarla, gənclərlə, könüllülərlə, media mənsubları ilə davanız, düşmənçiliyiniz nədir?

Ekofəallar sizin maraqlarınıza toxunan, xətrinizə dəyən hansı nə ediblər ki, ağlar qalmısız?

Ekofəallar ermənilərin yolunu kəsdilər. Qarlı-şaxtalı qış aylarında, gecə-gündüz çöldə qalaraq erməninin saymazyana gəlib Şuşanın altından o yana-bu yana şütüməsinin qarşısını aldılar. Bu möhtəşəm hərəkatın nəticəsi olaraq Azərbaycan dövləti sonradan Laçında sərhəd keçib məntəqəsi qurdu.

İndi siz ekofəalların hərəkatını qaralamaqla, ermənilərin "Bu hərəkatı Azərbaycan dövləti təşkil etmişdi" dediyini təkrarlamaqla nəyə çalışırsız?

Bəli, hər şey ölçülüb-biçilmiş, mükəmməl təşkil edilmişdi. Hər şey bir anda baş verdi, yolun kəsilməsi də, bir göz qırpımında yolun içində çadırların qurulması, kranla Azərbaycan bayrağının qaldırılması, elektirik çəkilişi və s.
İrəvandan Xankəndinə gələn erməninin yolunun kəsilməyinə görə siz niyə narahat olursuz?

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi sədri Narkoekspert Emil Maqalov
Xəbəri paylaş