Tunisdə dəmir yolu qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Tunisin cənub-şərqində yerləşən Susa şəhərində olub. Belə ki, qatarın relsdən çıxması nəticəsində maşinist və köməkçisi həyatını itirib, 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Paytaxt Tunisdən ölkənin cənubunda yerləşən Qabes şəhərinə gedən sərnişin qatarının Susa şəhərinin Mesakin qatar stansiyası yaxınlığında relsdən çıxdığını bildirilib. Əraziyə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib. Yarlılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Mehman Mehdiyev