Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niyə narkotik və narkomaniya inkişaf edir və yayılır?

Niyə narkotik və narkomaniya inkişaf edir və yayılır?


Əvvəla onu qeyd edim ki, bildiyiniz kimi Narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir.

Ümumiyyətlə

İnsanlar niyə buna qoşulur?

İlk qurşanan adamların sosial-mədəni statusu necə olub?

Hansı şəraitdə ilk dəfə istifadə edib? və s. bu kimi Narkomaniya ilə bağlı sosioloji araşdırma yoxdur.

Hələ ən mifoloji fikir də odur ki, insanlar idmanla məşğuı olanda narkomaniyaya risk azalır. Bəli idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar. Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, Narko istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.
Yani Narkotiklə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi müsbət nəticə, effekt yoxdur, hətta əksidir.

Narko tacirlərin hər yolla "pul qazanma" cəddi bütün dünyada var və hələ ki, pulun gücünə onlar qalibdir.
Ümumiyyətlə mübarizə üçün aidiyyatı qurumların stimullaşdırılması, əmək haqqının yüksəlməsi, QHT lərin cəlb edilməsi və əsasən işində vicdanlı insanlar olmalıdır.

Mübarizəyə davam.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi sədri Narkoekspert Emil Maqalov
Xəbəri paylaş