Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Newscenter.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin əmək bazarı ilə bağlı aparılan islahatlar, habelə əmək haqqı islahatları barədə nümayəndə heyətinə məlumat verib. Son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayında və sosial ödənişlərdə baş verən artımlar diqqətə çatdırılıb.
Aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar, post-müharibə dövründə həyata keçirilən sosial dəstək tədbirləri, xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin yaradılması sahəsində əldə olunan uğurlu təcrübə qeyd olunub.
“Əmək və Məşğulluq” altsisteminin üstünlükləri, əmək qanunvericiliyində aparılan təkmilləşdirimə işləri, qeyri-leqal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
Görüşdə ölkəmizdə əmək bazarı ilə bağlı aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.
Sona