“Azərbaycanın bölgələrində kənd əhalisinin güzaranın yaxşılaşdırılmasına diqqət ayırmaq lazımdır. Həmin ərazilərdəki bələdiyyə torpaqlarında inşa edilən zavod və fabriklərin əldə etdiyi gəlirlərdən həmin ərazinin inkişafına vəsait ayrılmalıdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri əslən Gədəbəy rayonundan olan sabiq millət vəkili Cahangir Hüseynov son günlər sözügedən rayonun Söyüdlü kəndində baş verən xoşagəlmız hadisələr barədə danışarkən səsləndirib. Cahangir Hüseynov baş vermiş hadisə ilə əlaqədar yaradılmış komissiyanın obyektiv araşdırma aparacağına əminliyini ifadə edib:
“Bir gədəbəyli kimi Söyüdlü əhalisinə də müraciıt edirəm ki, təmkinli olsunlar”.
Anar