Ümumiyyətlə həyatda ailə mühiti və tərbiyə hər bir uşağın sonrakı taleyində çox mühüm rol oynayır.Uşağa evdə verilən tərbiyə sonrakı həyatının və yolunun seçilməsində böyük əhəmiyyət kəsb edir.Təhsil ocaqları uşaqların, yeniyetmələrin, gənclərin maariflənməsində, yetişməsində şəxsiyyətlərinin formalaşmasın-
da isə əhəmiyyətli rol oynayır.Sevindirici haldır ki,ölkəmizdə,bütün dünya ölkələri ilə müqayisə
də orta,orta ixtisas və həm də ali təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə,bütün növ narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində təbliğat işləri aparılır vəmaarifləndirici tədbirlər həyata keçirilir.Müxtəlif broşürlər və bukletlər
lə narkomaniyanın cəmiyyətdə doğurduğu fəsadlar, mənfi təsirləri ilə bağlı məlumatlar qeyd olunur və təbliğat materialları paylaşılır.
Ümumiyyətlə insanın fiziki,psixi və sosial rifahı üçün onun sağlam olması çox vacibdir.Demək istəyirəm ki,biz insanlar canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu düşünə bilirik.
Məncə bunun üçün sadəcə sağlam olmağı, sağlam ruha sahib olmağı istəmək kifayətdir.
Yəni əyər insanın buna istəyi varsa,inamı olarsa,insan onu məhv edəcək bütün ziyanlı vərdişlərdən uzaq durmağı bacaracaqdır.Onu da qürurla qeyd edim ki, ölkəmizdə İnsan amili dövlət siyasətinin əsasını təşkil edir.Birmənalı olaraq ölkə başçısı, Prezident İlham Əliyev çıxışlarında daim bildirir ki,yürüdülən və həyata keçirilən siyasətin önündə vətəndaş amili durur.Xalqımızın sağlamlığının yüksək səviyyədə qorunması da daim prioritet məsələlərdəndir.Sonda ölkəmizin hər yerində olduğu kimi, Saatlı rayonunda da mütamdi olaraq Rayon İcra Hakimiyyəti və RPŞ-nin əməkdaşları ilə birgə narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü işlər görülür, gənclərlə, məktəblilərlə silsilə tədbirlər, görüşlər təşkil olunduğunu xüsusi vurğulamaq istəyirəm.Bu da öz bəhrəsini verməkdədir.
Vüqar Məmmədov-YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri