Azərbaycan Respublikasında peşə təhsil müəssisələrinin 2020-2021-ci il məzunlarının məşğulluq vəziyyətinə dair məlumatların araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də İqtisadiyyat nazirliklərinə sorğu göndərilib, təqdim edilmiş məlumat bazası əsasında təhlillər aparılıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük rəsmi məlumat bülleteninin 2-ci nömrəsində bu qurumun məsləhətçisi olan Rəfiqə Əşrəfovanın məqaləsində məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınmış məlumata görə, 2020-2021-ci illərdə peşə təhsil müəssisələrinin məzunu olmuş 23790 nəfərin 2021-ci ilin sonuna olan tarixə 31,6%-nin və ya 7510 nəfərinin əmək müqaviləsi məlumat bazasında mövcud olmuş, məzunların 68,4%-i və ya 16280 nəfəri ilə bağlı bazada məlumat olmayıb:
"İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş məlumat bazasına əsasən 20920 nəfərin “Vergi ödəyicilərinin dövlət reyestri”ndə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud olmayıb, 949 nəfərin vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi cari dövrdə aktiv olub, 1614 nəfərdə fəaliyyət dayandırılıb, 307 nəfərdə isə ləğv edilib".
Sona