Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimə keçəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bayramda gücləndirilmiş rejimə keçəcək


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdan gələn bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, 26 İyun – Silahlı Qüvvələr Günü və Qurban bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bununla əlaqədar nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Sona
Xəbəri paylaş