Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BQXK-yə qarşı Azərbaycan iki addım atmalıdır -ÖZƏL

BQXK-yə qarşı Azərbaycan iki addım atmalıdır


Beynəlxalq Qızıl Xaç Komitəsinin üzərinə düşən humanitar missiyanı bir kənara ataraq qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olması Azərbauycan cəmiyyətində haqlı etiraza səbəb olub. Birmənalı olaraq sözügedən quruma qarşı zəruri addımların atılması vacib hesab edilir.

Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy hesab edir ki, Komitənin Laçın buraxılış məntəqəsindən qaçaqmalçılıq fəaliyyətinə qarşı Azərbaycan iki addımı ləngimədən atmalıdır:

"Birincisi, Qırmızı Xaça Qarabağda fəaliyyətini ancaq Bakı ofisi vasitəsiylə apara biləcəyi bildirilməli və bu tələb qəbul edilməyənə qədər bu təşkilatin fəaliyyətinə imkan verilməməlidir.

İkincisi, Laçın buraxılış məntəqəsində gömrük qanunvericiliyi 36 faiz vergi daxil tam mənasıyla tətbiq edilməlidir".

Anar Əliyev
Xəbəri paylaş