Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandakı Azərbaycan səfirliyi fəaliyyətini bərpa edə bilər -ÖZƏL

İrandakı Azərbaycan səfirliyi fəaliyyətini bərpa edə bilər


İrandakı Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror hücumundan sonra ilk dəfədir ki, Bakı ilə Tehran arasında yüksək səviyyəli görüşlər baş tutur. Bu günlərdə İranın xarici siyasət rəhbərinin Azərbaycana səfərinin ardınca, Azərbaycandan da bir qrup nümayəndə heyəti İrana səfərə gedib. Bir çox ekspertlər hesab edirlər ki, bu yaxınlaşma tezliklə bu ölkədəki səfirliyimizin fəaliyyətinin bərpa olunmasına yol açar. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, sentyabrdan İranda Azərbaycan səfirliyi açıla bilər. Onun sözlərinə görə, Tehran rejimi hesab edirdi ki, Azərbaycana qarşı təhdidləri fonunda geri çəkiləcək:

"Amma, Azərbaycan İranla siyasi və kəşfiyyat müharibəsində qalib çıxdı. Son iki ildə Azərbaycan Ermənistanı hərbi, İranı isə siyasi məğlubiyyətə uğratdı. Bu prosesdə Azərbaycan qalib tərəfdir gələcək proseslərdə Tehran rejimi Azərbaycanla normal münasibətləri saxlamağa məcbur olacaq".

Anar Əliyev
Xəbəri paylaş