Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təxribat və terror erməni xalqının xislətində var

Təxribat və terror erməni xalqının xislətində var


İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Newscenter.az-ın xəbərinə görə, bununla bağlı açıqlama verən Milli Məclisin deputatı İqbal Məmmədov bildirib ki, Ermənistan son təxribatları ilə həddi aşıb:

"Bu gün Ermənistan təxribatları ilə məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışdığını göstərir. Ermənistan son dövrlər ziddiyyətli və ümumilikdə sülh prosesini ləngidən addımlar atmaqdadır. Bütün bu təxribatlar göstərir ki, Ermənistan hökuməti müxtəlif addımlarla sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Həm Ermənsitana, həm də onun havadaraları çalışırlar ki, hadisənin bütün məsuliyyəti Azərbaycanın üzərində qalsın. Lakin müvafiq dövlət strukturlarının çevik reaksiyası və ordumuzun peşəkarlığı onların bu planının reallaşmasına imkan vermir".

Deputat vurğulayıb ki, təxribat və terror erməni xalqının xislətində var:

"Artıq heç kim onların törətdiyi təxribatlara təəccüblənmir. Əlbəttə, ermənilər hər törətdiyi təxribata görə Azərbaycanın Müzəffər Ordusu tərəfindən cəzalandırılır. Bu gün ermənilər və havadarları unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər an onların başını yenidən əzə bilər. Bu gün bilirsiniz ki, Ermənistan qərbin əlində oyuncağa çevrilib və siyasi iradə qoya bilmir. Bu gün Paşinyan sadəcə ona verilən tapşırıqları icra edir. Paşinyanın zərrə qədər ağlı varsa, sülv müqaviləsini imzalayar və təxribatlara son qoyar. Çünki onun bu təxribatları "Dəmir yumruğu" yenidən başlarının üzərində hiss etməyə səbəb ola bilər.

Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Çünki bu gün Paşinyan yaxşı anlayır ki, bütün cəbhələrdə uduzub və sülh müqaviləsindən imtina edərsə, Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə səbəb ola bilər. Ona görə əminəm ki, Ermənistan təxribatları dayandırıb, Azərbaycanın diktəsi ilə hazırlanan sülh müqaviləsini imzalaması onun üçün daha yaxşı olar".(sonxeber.az)
Xəbəri paylaş