Cənubi Koreyanın paytaxtı Seul və ətraf şəhərlərə yağan güclü leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 39 nəfər vəfat edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, təbii fəlakət həmçinin 10 nəfərin itkin düşməsinə səbəb olub. Daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada sel və torpaq sürüşməsi nəticəsində ümumiulikdə ölkə üzrə 34 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, təbii fəlakətdən ölkənin Şimali Gyeongsang, South Chungcheong və North Chungcheong bölgələri, eləcə də Sejonq şəhəri ciddi ziyan görüb.
Mehman Mehdiyev