Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dil xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir -ÖZƏL

Dil xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir


"Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Osman Əhmədzadə səsləndirib. O bildirib ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir:

"Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur’’.

Mehman Mehdiyev
Xəbəri paylaş