Şimali Koreyadan Cənubi Koreyaya qaçanların sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin ölkəyə gələnlər haqqında dərc etdiyi hesabatda bu barədə məlumat verilib.
Qeyd edilib ki, Aprel-iyun aylarında Cənubi Koreyaya qaçanların sayı 65 nəfər təşkil edib. Hesabat ilinin ilk rübündə bu rəqəmin cəmi 34 nəfər olduğu bildirilib.
Hesabatda Cənubi Koreyaya qaçanların sayının bu ilin ilk yarısında 2022-ci ilə nisbətən təxminən 5 dəfə artdığı göstərilib. Ümumilikdı, Şimali Koreyadan qaçanların ümumi sayının 33 min 981 nəfərə yüksəldiyi qeyd edilib.
Mehman Mehdiyev