Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaziantəpdə meşə yanğını -ÖZƏL

Qaziantəpdə meşə yanğını


Türkiyənin Qaziantep vilayətində yenidən meşə yanğını baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, yanğın vilayətin Nurdağı rayonunda qeydə alınıb. Rayonun Durmuşlar Məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğını söndürmək üçün havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə 3 helikopter, su çəni daşıyan yük maşənları, eləcə də Qaziantep Böyükşəhər Bələdiyyəsi Xilasetmə qruplarının bölgəyə sövq edilən təxminən 80 personalı cəlb edilib.

Natiq Orucov
Xəbəri paylaş