Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada narkotik alverçilərinə qarşı böyük əməliyyat, 306 nəfər saxlanıldı -ÖZƏL

Ankarada narkotik alverçilərinə qarşı böyük əməliyyat, 306 nəfər saxlanıldı


Türkiyənin paytaxtı Ankara şəhərində narkotik alverçilərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, həyata keçirilən əməliyyat nəticəsində son bir həftə ərzində 306 nəfər narkotik alverçisi və istifadəçisi saxlanılıb.

Ankara Polis İdarəsinin verdiyi açıqlamada saxlanılan 306 nəfərdən 33 nəfəri barədə həbs qətimkan tədbirinin seçildiyi bildirilib.

Əməliyyatlar zamanı 48 kiloqram 100 qram həşiş, 6 kilo 700 qram heroin, 3 kilo 800 qram metamfetamin, 1 kilo 500 qram kokain, 2 min 884 ədəd narkotik həb və s. aşkar edilərək götürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş