Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu"dan əhaliyə MÜRACİƏT

"Azərsu"dan əhaliyə MÜRACİƏT


Yay mövsümündə vətəndaşların bir qismi şəhərdən bağ evlərinə köçdüyündən, eləcə də bölgələrə və xaricə istirahətə getdiyindən müəyyən müddət mənzillərdə yaşayış olmur. Bu zaman sudan ya ümumiyyətlə istifadə edilmir, ya da qismən istifadə olunur.

Newscenter.az xəbər verir ki, “Azərsu” ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur.

Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azəsu” ASC-yə, Cəmiyyətin yerli bölmələrinə çoxsaylı şikayət və müraciətlər edilir. Sonradan bu qeyri-dəqiqlik necə həll olunur, sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır.

Sona
Xəbəri paylaş