Kəskin isti havalar Türkiyədə də bir çox problemlərə yol açıb. Meşə yanğınlarının baş verməsinə də müəyyən mənada səbəb olan istilərin həftə sonuna qədər davam edəcəyi bildirilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin qərb və cənub bölgələrində həftənin ən isti günləri çərşənbə, digər bölgələrdə isə cümə axşamı olacaq. Bu günlərdə emperatur 40-45 dərəcə arasında dəyişəcək.
Cümə günü qərb və şimal-qərbdən başlayaraq havanın temperaturu təxminən 10 dərəcə aşağı enəcək.
Paytaxt Ankarada isə cümə axşamı havanın temperaturu 39 dərəcəyə yüksələcək Ən isti hava İzmirdə, 43 dərəcə olacaq.
Sona