“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.
Newscenter.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu başa düşürük.
Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma bu, Azərbaycan və erməni xalqlarının mənafeləri əsasında olmalıdır”, - Sergey Lavrov bildirib.