1960-cı ildən Malidə rəsmi dil olaraq istifadə edilən fransız dili yeni konstitusiya ilə bundan sonra rəsmi dil olaraq istifadə edilməyəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeni konstitusiyanın mətninə görə, bundan sonra fransız dili iş dili kimi istifadə olunacaq.
Qeyd edək ki, keçmiş Fransanın müstəmləkəsi olan Mali 1960-cı ildə müstəqillik qazandıqdan sonra fransız dilini rəsmi dil kimi istifadə edir.
Mehman Mehdiyev