Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var


Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Newscenter.az-a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş