"Bu gün Moskvada Lavrovun iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri C.Bayramovla A. Mirzoyan bir araya gəlib münasibətlərin normallaşdırılması istiqamətində müzakirələr aparacaqlar. Düzü, mən Moskvanın təşəbbüsü və moderatorluğu ilə aparılan danışıqlardan müsbət nəticə gözləmirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, Rusiyanın fəaliyyəti həmişə olduğu kimi Cənubi Qafqazda gələcəkdə partlada biləcəyi minalar basdırmaqdan başqa bir şey deyil:
"Moskvanın məqsədi gələcək münaqişə üçün əl yeri qoymaq, prosesi dondurmaqdı. Təcavüzkar və beynəlxalq qanunları hər an tapdalayan bir dövlət təbii ki, sülh və təhlükəsizlik istəməz".
Anar Əliyev