Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Palmali" şirkəti Malatyada "Konteyner Kent" quracaq -ÖZƏL

"Palmali" şirkəti Malatyada "Konteyner Kent" quracaq


Mərkəzi Kahramanmaraş daxil olmaqla, 7,7 bal gücündə baş vermiş zəlzələ nəticəsində böyük itki və dağıntılara məruz qalmış daha bir bölgədə, Malatyada "Palmali" Şirkətlər Qrupu "Konteyner Kent" quracaq.

Newscenter.az Şirkətə istinadən xəbər verir ki, bu məqsədlə "Palmali" şirkətinin əməkdaşları Malatyaya səfərbər olunublar.

Bildirilib ki, "Palmali" şirkəti olaraq, Malatyanın "Yeşil yurt" adlanan ərazisində Şirkət tərəfindən 100-ə yaxın konteyner qurulacaq.

Qeyd edək ki, Malatyadan əvvəl "Palmali" şirkəti Hatayda "Konteyner Kent" qurub.

Anar Əliyev
Xəbəri paylaş