Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bir sıra maraqlı məqamları ilə diqqət çəkib. Erməni baş nazirinin xüsusi vurğuladığı məqamlardan biri də ondan ibarət oldu ki, Dağlıq Qarabağ dünyada bir qayda olaraq Azərbaycanın ərazisi kimi tanınır.
Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy hesab edir ki, Nikol Paşinyan bu kimi açıqlamaları ilə erməni cəmiyyətini sülhə hazırlamağa çalışır:
"Bütünlükdə nəzərə alındığında erməni baş naziri Nikol Paşinyanın bugünkü mətbuat konfransı erməni cəmiyyətini, eyni zamanda Ermənistan dövləti, Qarabağdakı erməni sakinlər və erməni diasporasınl Azərbaycanla sülhə hazırlamanın növbəti mərhələsidir. Paşinyan bütün suallara bu çərçivədə planlanmış cavablar verir".
Anar Əliyev