Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın ziddiyətli bəyanatları reallığı dəyişə bilməz - Könül Nurullayeva

Paşinyanın ziddiyətli bəyanatları reallığı dəyişə bilməz - Könül Nurullayeva


Ermənistanın baş naziri Nikol Paşinyan yenə sülhü pozmağa çalışır. Fransanın “Le Monde” qəzetinə müsahibəsində Paşinyan separatçıları “demokratik yolla seçilmiş hakimiyyət” adlandırmaqla Azərbaycanın ərazi bütövlüyünə dair öz mövqeyini təkzib etmiş olur. Çünki Paşinyan dəfələrlə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin indi separatçılarla bağlı açıqlaması ziddiyyətlərlə doludur. Amma bu ziddiyyətlər reallığı dəyişə bilməz. Regionun qalib lideri kimi Azərbaycanın mövqeyi açıq və şəffafdır.
Laçın nəzarət-buraxılış məntəqəsinə gəlincə, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda bəyan etdiyi kimi, bizim bütün addımlarımız məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətlidir. Bu səbəbdən sərhəddə nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi. Həmçinin bu hərəkətlərin, dərhal və bütün aktorlar tərəfindən tam qəbul edilməsi nəticədə legitim olaraq qəbul olundu.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva qeyd edib ki, təbii ki, Azərbaycan bu sərhəd-keçid məntəqəsini beynəlxalq hüquq çərçivəsində təsis edib. Çünki Ermənistan sərhəddə pozucu fəaliyyətlə məşğul idi və bu fəaliyyətin qarşısını almaq üçün məntəqə qurulmalı idi. Hətta Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın tələbini yekdilliklə rədd edərək, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsini tamamilə suveren və legitim hesab etdi.
Digər tərəfdən, Azərbaycan Qarabağ ermənilərinin humanitar baxımdan təmin etmək üçün ən səmərəli təkliflər irəli sürməkdədir. “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi isə vəziyyəti daha dərindən təhlil etməyə imkan verir. Yəni, Ermənistan tərəfinin məqsədi “humanitar blokada” şousu yaratmaq və regionda gərginliyi artırmaqdan ibarətdir.

Deputat qeyd edib ki, reallıq isə fərqlidir – Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı ən səmərəli təklifləri irəli sürüb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik. Amma separatçılar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər. Qarabağ erməniləri bu girovluqdan xilas olmaq üçün təşəbbüs göstərməlidirlər.

R.Mehdiyeva
Xəbəri paylaş