Rusiya dost olmayan ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalını qadağan edir.
Newscenter.az Rusiya mediasına istinadən bildirir ki, bu ölkənin İqtisadi İnkişaf Nazirliyi bu barədə açıqlama yayıb. Açıqlamada Qərb ölkələrinin sanksiyalarına qarşı əlavə əks addımların atılmağa davam etdiyi qeyd olunub.
Həmçinin, Moskva bu kateqoriya olan ölkələrdən şərab idxalına tətbiq edilən gömrük rüsumunun 12,5 faizdən 20 faizə qaldırılmasına qərar verildiyi bildirilib.
Mehman Mehdiyev