Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qarabağ bölgəsində yeni separatçılıq alovlandırır -ÖZƏL

Rusiya Qarabağ bölgəsində yeni separatçılıq alovlandırır


Rusiya Avropada Azərbaycan-Ermənistan arası sülh sazişi danışıqlarının müsbət gedişi anında yenə, pozuculuq mövqeli aranı qatıb-qarışdırır. Erməni əhali yaşayan Qarabağ bölgəsində yeni separatçılıq alovlandırır. İki münaqişə ölkəsinin məhz Moskvada və Rusiyanın da üçüncü tərəf kimi, imza atacağı sazişin imzalanmasını istəyir.

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay səsləndirib. O bildirib ki, o saziş Rusiyanın 3-cü bir tərəf kimi Cənubi Qafqaz bölgəsində əbədi qalmasını təmin edir:

"Həm sülhməramlı adı ilə Qarabağ, həm sərhəd qoşunları ilə Azərbaycan-Ermənistan sərhəddi, həm də, nəzarət qoşunları ilə Zəngəzur dəhlizi, Ermənistan ərazisində hərbi yuvasını salmaqla.

Və bu mənada da, Qərbin, Avropanın iki qonşu Azərbaycan-Ermənistan arasında, heç bir 3-cü tərəf və bölgədə kənar hərbi qüvvələr nəzərdə tutmayan saziş planına qarşı çıxır hər vasitə ilə. Gah, sülh sazişinin 10 noyabr 2020 razılaşması bazaslnda bağlanmasını təkid edir. Halbuki 10 noyabr sənədi müvəqqəti bəyanatdır, atəşkəsi nəzərdə tutan və sülh müqaviləsinə aidiyyətsiz. Gah, Rusiyanln ATƏT-də nümayəndəsi yenidən Qarabağ üzrə iflaslı Minsk Qrupunun dirçəlişini irəli sürür".

İlqar Altay deyib ki, Rusiya təkidlə bölgədən əlini çəkmək istəmir:

"Ukrayna problemi, beynəlxalq sanksiya və kəskin iqtisadi s. problemlər altında olsa da, oturub, Federasiyasının dərdini çəkməkdənsə... Bu dövlətin deyəsən, bineyi-qədimdən qonşu, qohumla dinc yanaşı yaşama anlayışı olmayıb!".

Anar Əliyev
Xəbəri paylaş