Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlar üzrə Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş