Türkiyədə silahlı insdent baş verib. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə Samsun şəhərində qeydə alınıb.
Belə ki, şəhərin Bafra bölgəsində Dələdağ rayonunda qohumlar arasında çıxan silahlı qarşıdurmada 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Xəsarət alanlar Bafra Dövlət Xəstəxanasına aparılıb.
Bafra Dövlət Xəstəxanasına çatdırılan 2 yaralı ilk müdaxilələrinin ardından Samsun Ondokuz May Universiteti Tibb Fakültəsinə köçürülüb. Xəstələrdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mehman Mehdiyev