Türkiyənin daha bir bölgəsini meşə yanğınları cənginə alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu dəfə meşə yanğınları Türkiyənin turizm bölgəsi sayılan Antalyanın Kəmər rayonunda qeydə alınıb.
Yanğının söndürülməsinə 15 çiləyici, 8 su tankeri, 6 ilk müdaxilə maşını və çoxlu sayda ekipaj cəlb olunub. Həmçinin, Antalya Meşə Region Müdirliyinə aid qruplar da bölgəyə istiqamətləndirilib.
Yanğının yol kənarına yaxın olması səbəbindən təhlükəsizlik məqsədilə Kəmərə gedən yol bağlanıb.
Mehman Mehdiyev