Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Valideynlər üçün növbəti "Yay məktəbi" keçirilir

Valideynlər üçün növbəti "Yay məktəbi" keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə valideynlər üçün növbəti “Yay məktəbi” 237 nömrəli tam orta məktəbdə keçirilib.

Newscenter.az xəbər verir ki, “Yay məktəbi”nin iştirakçılarını salamlayan məktəbin direktor əvəzi Elçin Quliyev cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməyin vacibliyini bildirib. Müəllim, şagird və valideynlərin hər birinin təhsil iştirakçısı olduğunu xatırladan məktəb rəhbəri müəllimlə yanaşı valideynin də övladının mənəvi yetkinliyinə cavabdeh olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elmar Hüseynovun valideynlərin uşaqlarla münasibətdə psixoloji hazırlığı mövzusunda mühazirəsi dinlənilib.

Valideynlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində keçən “Yay məktəbi”ndə maraq doğuran məsələlərə aydınlıq gətirilib və valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib.

“Yay məktəbi” valideynlər üçün təşkil olunan intellektual-əyləncəli oyunlarla davam edib.

Qeyd edək ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş