Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib.
Newscenter.az-ın xəbərinə görə, XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
"Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür", - bəyanatda qeyd edilib.
Mehman Mehdiyev