Füzuli rayonunda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.
Mehman Mehdiyev