Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hanı medal, diplom alanlar? Niyə Avropanı silkələmirlər?

Hanı medal, diplom alanlar? Niyə Avropanı silkələmirlər?


Erməni diasporası bütün dünyanı üzərimizə qaldıdıb etiraz etdirir, Fuad Muradov Amerikada konsert təşkil etdirib, kef məclisi qurur. Bu adam bu dəqiqə proseslərin bu vaxtında belə, ölkəmiz xarici qüvvələr təhdid edildiyi zaman belə səfərini təcili yarımçıq dayandırıb, ölkəyə qayıtmalı operativ mərkəz yaratmalı, məsələlərə müdaxilə etməyə çalışmalı idi.

Avropa Komissiyasının Xarici İşlər üzrə Komissarı Borrel Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir açıq təhdid edir. Hanı Azərbaycan diasporası? Hanı Şuşaya gedənlər? Hanı medal alan, diplom alanlar? Niyə Avropanı silkələmirlər?

Hanı milyonlarla pullar xərcləyib yaratdığınız Koordinasiya Şuraları?

Muradov və komandasının bildiyi və bacardığı iki şey var gözdən pərdə asmaq üçün bəyanat yazdırmaq və pul verib aksiyaya çıxarmaq. Bəyanatı yazıb hazırlasalar da inandırım əksəriyyəti rəsmi qurumlara deyil, Komitəyə göndərir və bununla da iş görür görünrüsü yaratmağa çalışırlar.

Fransa höküməti və səfirliyi açıq aşkar hörmətsizlik edir. Hanı Fransada bəh bəhlə danışdığınız diaspora gücümüz?
Muradov ciddi proseslərin , ölkəmizlə bağlı tale yüklü hadisələrin cərəyan etdiyi zamanı kef məclisi vacib idimi?
20 ildən sonra gəldiyimiz nöqtəyə baxın : Erməni diasporası dövlətlərin siyasi qərar mərkəzlərinə təsir edir bizim diaspora isə bir qrup insanı Şuşaya aparmaqla, orda yallı gedib şəkil çəkdirməklə diaspora görüntüsü yaratmağa çalışır.

Rəşad Quliyev-DAA rəhbəri
Xəbəri paylaş