"Koqnitiv nəzəriyyəyə əsasən panik pozuntusu olanlar somatik simptomlara qarşi çox həssas olur və bunları şişirdilmiş şəkildə ifadə edirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri psixoloq Ülviyyə Murtuzova səsləndirib. O bildirib ki, bunu fəlakətləşdirmə kimi də adlandırırlar:
"Məsələn, panik atak keçirən biri üreyinin sürətli döyünməsini hiss edib infarkt keçirdiyini düşünə və ya başinin fırlandığını hıss etdikdə bayilacağını və ya beynində şiş olduğunu düşünə bilər. Panik əsnasında “mübarizə apar, ya da qaç” reaksiyasının təbiətini öyrənən pasiyentlər, panik zamanı yaşadığı hisslərin normal və zərərsiz olduğunu anlayırlar. Bu pozuntudan əziyyət çəkənlərə panik atakla yanaşı, təşviş yaranan hallarda ortaya çıxan avtomatik düşüncələri necə müəyyənləşdirəcəyi və onları məntiqi düşüncələrlə necə əvəz edəcəyini öyrətmək lazımdır".
Anar Əliyev