"Yerli və xarici mənbələrdə olan datalar əsasında hesablamalarıma görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib. Azərbaycan vaxt itirmədən bu təzminatın ödənilməsinin beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Dərhal Azərbaycana dəymiş zərərin ödənilməsinin Ermənistandan tələb edilməsi mərhələsinə başlanılmalıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, həm də təkcə Ermənistandan deyil, ona havadarlıq edənlərdən istəməlidir:
"Əgər bu dövləti və milləti belə çox sevirlərsə, onda vurduğu zərərə də sahib çıxmalıdırlar. Çünki, bir it kiməsə zərər vuranda, zərəri itin sahibi ödəyir. Əgər zərəri ödəməyə imkan yoxdursa, əvəzini torpaqla ödəsinlər. Rusiya pula görə Alyaskanı Amerikaya satdlğı kimi. Situasiya fərqli olsa da, ölkənin ölkəyə torpaqsatma təcrübəsi mövcuddur. Arazdan şimala doğru versinlər, Azərbaycana. Həm də Erməninstanda olan torpaq qiymətinə yox, Parisdə olan qiymətlərlə də sata bilərlər. Çünki 1 trilyon dollara 10 Ermənistan almaq olar".
İqtisadçı qeyd edib ki, yazdıqları qeyri-mümkün görünə bilər, amma Azərbaycan bütün istiqamətlərdə hücum diplomatiyasını tətbiq etməlidir:
"Təbii ki, Ermənistanın nə o qədər pulu yoxdu, nə yiyəsi. Amma proses beynəlxalq səviyyədə başlanılmalı və bütün mümkün təzyiqlər işə salınmalıdır ki, Ermənistan Azərbaycanın bu günki sülh şərtlərinə "şükür" desin".
Anar Əliyev