Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BQXK-nin Xaçaturyanı xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdi -ÖZƏL

BQXK-nin Xaçaturyanı xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdi


"Vaqif Xaçaturyanın kimliyi barədə Azərbaycan hüquq mühafizə orqanlarının əlində yetərli qədər məlumatlar mövcuddur. Onun xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərlə bağlı da faktlar kifayət qədərdir. Həmin hadisələrin şahidləri öz ifadələrində Xaçaturyanın hansı cinayət əməlləri törətdiyini faktlarla ortaya qoyublar".

Bu fikirləri Newscenter-az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Baş Prokurorluğun yaydığı məlumata görə, uzun illər ərzində aparılmış istintaq sayəsində Xaçatryanın qətliamlarda iştirakı tam sübuta yetirilib və 2013-cü ildə beynəlxalq axtarışa verilib.
Toplanmış materiallar və sübutlar rəsmi Bakıya imkan verir ki, Azərbaycanın Cinayət Məcəlləsinə uyğun şəkildə əli yüzlərlə günahsız insanın qanına batan Xaçaturyan və onun kimilərə layiqli cəzanı versin:

"Şübhəsiz ki, Xaçaturyan Qarabağda gizlənən yeganə cinayətkar deyil. İstisna deyil ki, hazırda Qarabağda Xaçaturyan kimi cinayətkarların, əlləri günahsız azərbaycanlıların qanına batmış, soydaşlarımıza qarşı qətliamların iştirakçısı olmuş erməni silahlılarının sırasında fəaliyyət göstərmiş çoxlu sayda şəxslər var".

Yusif Bağırzadə deyib ki, Xaçaturyanın həbsində ortaya çıxan digər bir məqam isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin onu xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdidir:

"Bu onu sübut edir ki, BQXK təkcə qaçaqmalçılıq fəaliyyəti ilə deyil, eyni zamanda cinayətkarların ədalətdən qaçmasında da iştirak edir.
Digər məqam isə bu cinayətkarla bağlı başladılan kampaniyadır. Ayrı-ayrı ölkələrin bəyanatlarının, Xaçatryanın 32 il əvvəlki cinayətə görə həbs edilməsinin Azərbaycanla Ermənistan arasında son zamanlar başlayan normallaşma prosesinə xələl gətirə biləcəyinə dair absurd fikirlərin şahidi oluruq".

Politoloqun sözlərinə görə, bu cür iddialarla çıxış edənlər bilməlidirlər ki, qətliam, soyqırım kimi cinayətlər yalnız milli məsələ deyil, həm də bəşəri əhəmiyyətli hadisədir:

"Bu cür cinayətlərdə zaman heç bir rol oynamır. Belə şəxslər harda yaxlanırsa mütləq şəkildə cəzalandırılır. Necə ki, Nurnberq məhkəməsinin gözündən yayınan bəzi faşistlərin axtarışları müharibədən çox-çox sonralara, hətta indiyə qədər davam edir. Xatırladım ki, İkinci Dünya Müharibəsinin bitməsindən 34 il sonra, 1979-cu ildə Birləşmiş Ştatların Ədliyyə Departamenti Amerikada yaşayan nasist cinayətkarlarını müəyyənləşdirmək üçün Xüsusi Təhqiqatlar Ofisi yaratmışdı. ABŞ dan sonra Avstraliya, Böyük Britaniya və Kanada kimi ölkələr öz sərhədləri daxilində yaşayan nasist müharibə cinayətlərinin günahkarlarını ədalət qarşısına çıxarmağa müvəffəq olmuşdu.

Yaxud "Serb qəssabı" ləqəbi ilə tanınan Ratko Mladiçi götürək. O, 1991-1995-ci illərdə törətdiyi qətliamların cəzasını üzərindən 20 ildən çox zaman keçəndən sonra 2017-ci ildə aldı.

Bir sözlə həm Ermənistan və onun havadarları, ermənipərəst dairələr bilməlidirlər ki, nəinki Beynəlxalq Qırmızı Xaç Komitəsi, heç onlar da azərbaycanlıların ölümündə günahkar olanları, azərbaycanlılara qarşı qətliamlar, soyqrımlar törədənləri bundan sonra xilas edə bilməyəcəklər".

Anar Əliyev
Xəbəri paylaş