"Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitəsində gizlnərək Ermənistana qaçmaq istəyərkən Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyanın sərhədçilərimiz tərəfindən saxlanılıb hüquq-mühafizə orqanına təhvil verilməsi çox ciddi hadisədir. Azərbaycan və xalqımıza qarşı ağır cinayətlər törətmiş bütün digər qatı cinayətkarların və quldurların həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılması və ən ağır cəzalara məhkum edilmələri xalqımızın ən böyük istəyi və arzusudur".
Bu fikirləri Newscenter-az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib ki, İnterpol tərəfindən axtarışda olan cinayətkarl Qırmızı Xaç Komitəsi gizli yollarla Azərbaycandan çıxarmağa cəhd göstərir, rəsmi İrəvan həbsə etiraz edir:
"Bu cür qanuszu və qeyri-humanist hərəkətlərinə görə Azərbaycan Qırmızı Xaçın öz ərazisində fəaliyyətinə məhdudiyyətlər tətbiq etməkdə tam haqlı olardı".
Əli Oruclu bildirib ki, ermənilərin “humanitar böhran” pərdəsi altında Laçın yolundakı Nəzarət Buraxılış Məntəqəsinin götürülməsində israr etməsi Azərbaycan xalqına qarşı soyqırım, kütləvi qətllər və digər ən ağır cinayətlər törətmiş canilərin sərbət hərəkətinə həm də imkan yaratmaqdır:
"Fikrimcə, V.Xaçaturyanın həbsi və istintaq orqanlarına təhvil verilməsi erməni cinayətlərinin bir çoxunun açılmasına kömək edəcək və ermənilərin əsil vəhşi simasını bir daha təsdiq edəcək. Düşünürəm ki, bu hələ bir ilk və başlanğıcdır. Əli qandallı hələ neçə cinayətkar hakim qarşısına çıxarılacaq.
Heç bir humanizm və güzəşdən isə söhbət belə gedə bilməz. Çünki humanizmi insana edərlər. Belələri isə insan cildində olan yırtıcı və vəhşilədi. Artıq bu hadisədən sonra Xankəndində gizlənən digər ünsürlərin də canına vəlvələ salıb. Onlar təşviş və həyacan içində öz növbələrini gözləyirlər. Heç şübhəsiz ki, tezliklə onlar da etdikləri əməllərin, törətdikləri cinayətlərin haqq-hesabını Azərbaycan xalqına verəcək".
Anar Əliyev