Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ üçün əsas hədəf Çindir -ÖZƏL

ABŞ üçün əsas hədəf Çindir


"Ukrayna ordusu alyansın hərbi yardımları fonunda əks hücum əməliyyatlarında hələ də nəzərə çarpacaq irəliləyişlər əldə edə bilməyib. Kiyev cəbhəsində hərbi əməliyyatların uğurlu alınmamasının bir sıra səbəbləri var. Və əsas səbəblər bunlardır. Rusların müdaifə xəttləri və istehkamları kifayət qədər effektiv təşkil etmələri, Ukrayna ordusunun canlı qüvvə yetərsizliyi, ordu komandirləri arasında bir çoxunun hələ də rus ordu təhsili əsasında döyüşü idarə etmələri və hava üstünlüyünün ruslardan yana olması. Təbii ki bu sadaladığım faktlar yalnız hərbi əməliyyatlar üçün xarakterikdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, məsələnin kifayət qədər geniş təhlil tələb edən siyasi yönləri də var:

"İstənilən halda siyasi motivlərdən əlavə müharibənin iqtisadi yükü gün keçdikcə artmaqdadır və biz sadəcə resurs savaşı izləyirik. Rusiya ciddi mənada nüfuz itirdi, bu reallıqdır, lakin Qərb də hələki istədiyini ala bilmir. Aydındır ki, Rusiya təkcə Ukrayna ilə yox, Kiyevin əsas dəstəkçisi rolunda çıxış edən Şimal Atlantika Alyansı ilə də öz münasibətlərinə aydınlıq gətirir".

Pərviz Mirizadə deyib ki, ABŞ Ukrayna müharibəsini bəhanə edərək NATO-nun genişlənmə strategiyasına tutarlı əsaslar gətirməyi bacardı:

"Vaşinqtonun İsveçin NATO üzvlüyündə bu qədər israrlı tutumunun pərdəarxasında çox böyük planlar gizlənib. Bu gün prosesin mərkəzində Rusiya göstərilsə də, əsas hədəf Çindir və bu aktivlik Pekinə qarşıdır. Lakin hesab edirəm ki, Vaşinqtonun bu oyunu özləri üçün kifayət qədər təhlükəli nəticələrlə yekunlaşa bilər. Çünki Qərbin Ukraynada resurslarını tükətdiyi zamanda Çin öz potensialını misli görünməmiş dərəcədə artırmağı bacarır. Və çox rahatlıqla deyə bilərəm ki, Vaşinqton yaxın illərdə hərbi cəhətdən bir çox parametrlər üzrə Pekinin gerisində qalacaq. Xüsusilə 5-ci nəsil döyüş təyyarələri ilə təchiz edilmiş aviasiya sahəsində".

AVP rəsmisi qeyd edib ki, tərəflərin hərbi əməliyyatlar gedişində əsas çətinlik çəkdiyi situasiyalardan biri də sursat təminatı üzrədir:

"Rusiya bu istiqamətdə çətinlik yaşamamaq üçün öz istehsalı ilə yanaşı İran və Şimali Koreyanın qapısını da tez-tez döyür və bir neçə gün öncə müdafiə naziri Sergey Şoyqunun Pxenyan ziyarəti də məhz bu istiqamətdə idi. Hərbiləşdirilmiş dövlət olan KXDR-in Rusiyaya dəstəyi isə gözləniləndir.

Bütün bu çətin situasiyada yeganə qazanan tərəf isə Çin və qismən Türkiyədir. Ankara həm siyasi, həm də hərbi cəhətdən Rusiyanın zəifləməsindən maksimum yararlanmaq, Kremlin təsirində olan regionlarda öz dayaqlarını möhkəmləndirməyi bacarır".

Anar Əliyev
Xəbəri paylaş