Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana 15 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Azərbaycana 15 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb


Azərbaycana 15 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, avqustun 6-da saat 13:55-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş