Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib


Artmaqda olan sərnişin tələbatını nəzərə alaraq "Azərbaycan Dəmir Yolları" QSC həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, əlavə qatar reysləri 12-13 avqust tarixlərini əhatə edəcək. Belə ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür.

R.Mehdiyeva
Xəbəri paylaş