
Avqustun 14-15-i tarixlərində Belçikanın hava nəqliyyatı iflic ola bilər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Şarlerua hava limanının pilotlarının tətilə qərar verməsidir. Bildirilir ki, tətil səbəbindən Belçikada yerli və beynəlxalq uçuşların əksəriyyəti təxirə salına bilər.
Pilotlar COVID-19 pandemiyası zamanı onlara verilən maaşların kəsilməsinə etiraz olaraq tətilə qərar veriblər. Etirazçılar hımçinin, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, tətil zamanı 100-ə yaxın tıyyarə reysinin ləğv ediləcəyi gözlənilir.
Mehman Mehdiyev