Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya erməniləri ayaq açıb üstümüzə yeriyirlər -ÖZƏL

Dünya erməniləri ayaq açıb üstümüzə yeriyirlər


"Tamamən rəzalət yaşayırıq. Dünya erməniləri ayaq açıb üstümüzə yeriyirlər, Diasporla İş üzrə Dövlət Komitəsi isə təşkilatlara bəyanat yazdırır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının (DAA) sədri Rəşad Quliyev səsləndirib. DAA sədri deyib ki, yazılan bəyanatlar da tamamilə biyabırçı durumdadır:

"Bəyanat sonunda isə ad, soyda, imza, möhür qoyurlar. Belə olmaz. Təşkilat rəhbəri bunu bilməlidir. Ancaq bilmirsə, siz dövlət xidmətində işləyirsiz, bir bəyanatın necə yazılma qaydasını təşkilatlara izah etməlisiniz.İzah edə bilmirsiniz ki, bəyanat təşkilat adından verilir, sədr imzasına ehtiyac yoxdur. Bu müraciət deyil axı".

Anar Əliyev
Xəbəri paylaş