Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mülki ermənilərin Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb

Mülki ermənilərin Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Newscenter.az-ın xəbərinə görə, bununla bağlı avqustun 8-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların sənədləri yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Xəbəri paylaş