Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin və Ərdoğan Zəngəzur dəhliziının gələcək taleyinə aydınlıq gətirəcəklər -ÖZƏL

Putin və Ərdoğan Zəngəzur dəhliziının gələcək taleyinə aydınlıq gətirəcəklər


“Avqust ayında Rusiya və Türkiyə prezidentlərinin baş tutacaq görüşünə dünya ictimaiyyəti böyük maraq göstərməkdədir. Bu görüşdə beynəlxalq aləmi narahat edən problemlər, "Taxıl sazişi", Ukrayndakı müharibə və bir sıra qlobal və regional məsələnin müzakirəsi gözlənilir. Zəngəzur dəhlizinim açılması, regional məsələlər son dövrlər Ermənistan Azərbaycan arasında gərginliyin artması toxunulacaq mövzular sırasında olacaq”.

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, erməniləri sərhədlərimiz yaxınlığında müxtəlif təxribatılat törədib, dünyanı Azərbaycanən üstün qaldırır:

“Bu çirkin niyyətinə çatmaq üçün hər cür məkrə və hiyləyə əl atmaqdadırlar. Bildiyiniz kimi 2020- ci ildə bağlanan üçtərəfli bəyanata hələ də Ermənistan tərəfı əməl etməyib. Odur ki, Zəngəzur dəhlizinin açılmasında Türkiyə də maraqlı və israrlıdır. Ona görə də Putin-Ərdoğan görüşündə bu məsələnin müzakirəsi şübhəsizdir”.

AMİP rəsmisi hesab edir ki, Zəngəzur dəhliziının gələcək taleyinə hər iki prezident bir qədər aydınlıq gətirəcəklər.

Anar Əliyev
Xəbəri paylaş