Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ düyünü sürətlə açılır -ÖZƏL

Qarabağ düyünü sürətlə açılır


"Artıq DQMV, yaxud " artsax" adlı rus kartı pas edilib. Bu isə o anlama gəlir ki, orada daha separatist rejim və radikal erməni millətçiləri olmayacaq. Onlar hamısı tarixin səhifələrində söyülüb lənətlənəcəklər. Qarabağ düyünü heç vaxt xəyal belə edə bilmədiyimiz sürətlə açılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfael Eminov səsləndirib. Onun sözlərinə görə, biz bu qədər tez açlıma xalq kimi psixoloji olaraq hazır da deyilik:

"Fikrimcə həmin ərazilərdə yaşayacaq erməni icması çox az sayda olacaq və bir neçə ilə onların sayı o qədər azalacaq ki, hər hansı gələcək iddiada olmaları üçün heç bir əsasları da qalmayacaq. Problemin belə tezliklə və nisbətən asanlıqla həll olunmağa başlaması sübut edir ki, Qarabağ problemi, Qarabağ münaqişəsi və müharibələri lap əvvəldən Rus imperializminin nəzarətində olub. Bu gün Qarabağ kartı əvvəlki əhəmiyyətini itirdiyindən Rusiya imperializmi siyasətini həyata keçirənlərə lazım deyil. Sanki bir yuxudur. Xankəndi və digər yerlərdə erməni əhali tamamilə tabe olduqlarını bildirmələrinə sayılı günlər qalıb. 3 rəngli bayrağımız ərazilərimizin hər qarışında dalğalanacaq".

Anar Əliyev
Xəbəri paylaş