Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Araşdırmaçı və jurnalistlər arasında mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş məqalə müsabiqəsi keçiriləcək

Araşdırmaçı və jurnalistlər arasında mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş məqalə müsabiqəsi keçiriləcək


Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin mədəniyyətlərarası dialoqu” adlı layihənin icrasını həyata keçirir.

Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni və rolunu dünyada daha geniş işıqlandırmaq və bu sahədə daha çox araşdırma işlərinə nail olmaqdır.

Məlum olduğu kimi Azərbaycan qədim sivilizasiyanın məskəni olaraq multi-etnik və müxtəlif millətlərin və etnik qrupların məskunlaşdığı bir ölkədir və müxtəlif millətlər əsrlərdir bu ölkədə sülh və anlaşma şəraitində yaşamışlar. Bu mövzu hər zaman beynəlxalq ekspertlərin və araşdırmaçıların araşdırma mövzusu olduğundan biz jurnalistlər və araşdırmaçılar arasında bu mövzuda məqalə müsabiqəsi elan etmək qərarına gəldik. Müraciət etmək istəyənlər aşağıdakı mövzulardan birində araşdırma yazısı və məqalə hazırlamalıdırlar:

“Azərbaycan-mədəniyyətlər və dinlərarası dialoq məkanı”.

“Cənubi Qafqazda sülh və tolerantlıq mühitinin yaranmasında Azərbaycanın töhfəsi”.

“Dialoq və sülh quruculuğu prosesinin Azərbaycan modeli”.

Araşdırmaçı və jurnalistlər yuxarıda qeyd olunan mövzulardan birini seçməli və məqalə təqdim etməlidirlər. Hər bir məqalə maksimum 1500 sözdən ibarət olmalı və Time New Roman şriftində yazılamalıdır. Məqalə analitik və məlumatlandırıcı xarakterli olmalı və Azərbaycanın bu sahədə əldə etdiyi nəaliyyətləri təqdim etməlidir. Məqalədə şəkil və digər görüntülərdən istifadə oluna bilər. Xüsusən bu sahədə araşdırma aparan məqalə müəlliflərinə üstünlük veriləcək.
Təqdim olunan məqalələr ekspertlər tərəfindən qiymətləndirildikdən sonra seçiləcək və www.youthinterculturaldialogue.az saytında yerləşdiriləcək. Məqalələr 05 Sentyabr 2023-cü il tarixinə qədər [email protected] emailinə göndərilməlidir. 15 Sentyabr tarixində keçiriləcək təqdimatda qalib olan məqalə müəllifləri mükafatlandırılacaq.

NEWSCENTER.AZ
Xəbəri paylaş