"Vətənpərvərlik elmi konsepsiyası dövrümüzün ən aktual məsələlərindən birini təşkil edir. Çünki xalqımızın ən ali milli-mənəvi dəyərlərindən biri də məhz vətənpərvərlik duyğusudur".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Yəhya Mürsəlov səsləndirib. O bildirib ki, vətənpərvərlik duyğusu bir şəxsin öz ölkəsinə qarşı dərin sevgisini, bağlılığını və məsuliyyət hissini ifadə edir:
"Ulu öndər Heydər Əliyevində dediyi kimi “Vətəni, dövləti, torpağı qorumaq peşəsi dünyada ən şərəfli peşədir”. Hətta dövlətimizin ən ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsində də Vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu göstərilmişdir. Vətən sevgisi birdən-birə yaranmayan, uşaqlıq vaxtlarından formalaşan bir hissdir. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyyə edilməsində valideynlərin, müəllimlərin ümumilikdə cəmiyyətin rolu mühümdür".
Yəhya Mürsəlov qeyd edib ki, Cənab Prezident İlham Əliyevdə bu siyasətin formalaşdırılmasında mühüm addımlar atmış, gənclərin vətənpərvərlik ruhunda böyüməsi ilə bağlı gedən prosesləri yüksək qiymətləndirmişdir və ölkəmizin firavanlığının, müstəqilliyinin milli ruh, ənənə çərçivəsində formalaşan gənclərdən asılı olacağını qeyd etmişdir.
Anar Əliyev