Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti Qarabağ ermənilərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən danışıb

Azərbaycan Prezidenti Qarabağ ermənilərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən danışıb


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbi ilə görüşdə Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunması üçün görülən işlərdən danışıb.

Newscenter.az-ın xəbərinə görə, dövlət başçısı antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edildiyini vurğulayıb.

Prezident İlham Əliyev miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş